Rusiya Xarkovu bombaladı, 11 nəfər yaralandı
Rusiya hərbi aviasiyasının Xarkov şəhərinə aviazərbələri nəticəsində azı 11 nəfər yaralanıb.
TodayPress-in xəbərinə görə, bu barədə məlumatı “UNIAN“a şəhərin meri İqor Terexov verib yayıb.
O, dağıntılar altında iki nəfərin qaldığını da açıqlayıb.
Merin sözlərinə görə, hadisə nəticəsində şəhərdə genişmiqyaslı yanğın başlayıb.
tag: Rusiya, Ukrayna, Xarkov, Hücum, todaypress.az,