Rusiya Xarkovu atəşə tutdu, 22 nəfər yaralandı
Dünya
13.07.2024 19:35
Rusiya Silahlı Qüvvələrinin
Ukraynanın Xarkov vilayətinin Budı qəsəbəsinə endirdiyi zərbə nəticəsində azı
iki nəfər ölüb, 22 nəfər yaralanıb.
TodayPress xəbər
verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh
Sinehubov sosial şəbəkədə bildirib.
“Zərərçəkmişlərin sayı 22-yə
çatıb. İki nəfər ölüb” vilayət rəhbəri qeyd edib.
Mətbuatda yayılan məlumata görə,
vilayətin yaşayış bölgələri yarım saat ərzində iki dəfə atəşə tutulub.
tag: todaypress.az, Xarkov, Ukrayna, Rusiya, Oleh Sinehubov,