Rusiya Vuçiçə uçuş icazəsi verilməməsindən danışdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litva və Latviyanı “rusofobik ön cəbhə” adlandırıb.
TodayPress xəbər verir ki, bu açıqlama Latviya və Litvanın Rusiyaya səfərə gələn Serbiya prezidenti Aleksandar Vuçiçin təyyarəsi üçün öz hava məkanlarını bağlamasından sonra verilib.
“Avropa İttifaqı ölkələri suveren dövlətlərin öz xarici siyasətlərini həyata keçirmək hüququnu məhdudlaşdırmaq təcrübəsini davam etdirir və bunun üçün bütün vasitələrdən istifadə olunur. Latviya və Litvanın son qərarı buna növbəti açıq nümunədir” deyə Zaxarova bildirib.
Qiymət Mahir
tag: Rusiya,Vuçiç,Latviya,Litva,todaypress.az,