Rusiya vilayətində raket təhlükəsi barədə xəbərdarlıq edildi

Dünya

13.01.2025 22:44

Rusiyanın Oryol vilayətində raket təhlükəsi elan edilib.

 

TodayPress xəbər verir ki, bu barədə Qubernator Andrey Klıçkov “Telegram” kanalında bildirib.

 

O, əhalini möhkəm divarlı pəncərəsiz otaqlara, küçədə olanları isə ən yaxın münasib sığınacaq tapmağa çağırıb. Xəbərdarlıq 40 dəqiqə qüvvədə olub.

 

Yanvarın 13-də də Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrdən istifadə etməklə Belqorod vilayətinə hücum edib. Bu barədə Rusiyanın sərhədyanı vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

 

Aynur TAC

tag: Rusiya, Ukrayna,Qubernator, Andrey Klıçov, Raket, todaypress.az,