Rusiya və Ukrayna əsir mübadiləsi apardılar

Dünya

30.12.2024 20:21

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir" nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.

 

 

tag: Ukrayna, Rusiya, Əsir, Mübadilə, BƏƏ, todaypress.az,