Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Dünya

15.01.2025 18:03

Rusiya və Ukrayna "25-in 25-ə" formulu üzrə əsir mübadiləsi həyata keçirib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Belarusdadır və onlara yardım göstərilir.

"Yanvarın 15-də aparılan danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 25 rus hərbçisi qaytarılıb və bunun əvəzində Ukrayna Silahlı Qüvvələrinin 25 hərbi əsiri təhvil verilib. Hazırda bütün rus hərbçiləri Belarus Respublikası ərazisindədir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılıb" deyə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Azad edilmiş bütün hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcək.

Nazirlikdən qeyd olunub ki, rus hərbçilərinin əsirlikdən qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri humanitar xarakterli vasitəçilik səyləri göstərib.

tag: Rusiya, Müdafiə, Ukrayna ,Əsir, todaypress.az,