Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

Dünya

06.05.2025 16:03

8

Rusiya və Ukrayna 205-in 205-ə formulu ilə əsir mübadiləsi həyata keçirib

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu il mayın 6-da danışıqlar prosesi nəticəsində 205 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb. Əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 205 hərbçisi qarşı tərəfə təhvil verilib".

Birləşmiş Ərəb Əmirlikləri Rusiya hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri göstərib.

İdarənin məlumatına görə, bütün Rusiya hərbçiləri hazırda Belarusdadır və onlara psixoloji və tibbi yardım göstərilir. Onların yaxınları ilə də əlaqə saxlamaq imkanı var.

Sərbəst buraxılanların hamısı Rusiyaya aparılacaq, orada müalicə və reabilitasiya keçəcəklər.

Töhfə Səməd

tag: ,