Rusiya və Oman hökumətlərarası komissiya yaradacaq
Rusiya və Oman iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəliblər.
TodayPress xəbər verir ki, müvafiq sənəd Kremldəki danışıqların yekununda imzalanıb.
Bildirilib ki, mərasim iki ölkə başçılarının iştirakı ilə keçirilib.
Nümayəndə heyətləri ticarət-iqtisadi və texniki əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsi haqqında protokol imzalayıblar.
Komissiya iki ölkə arasında iqtisadi və texniki əməkdaşlığı təşviq edəcək və inkişaf etdirəcək, qarşılıqlı fəaliyyət üçün yeni sahələr axtaracaq, özəl sektorla kiçik və orta sahibkarlıq əlaqələrini inkişaf etdirəcək, iqtisadi və investisiya sahələrində məlumat mübadiləsinə kömək edəcək.
Məlumata görə, komissiyanın müntəzəm iclasları diplomatik kanallar vasitəsilə razılaşdırılmış müddət ərzində iki ildə bir dəfə alternativ olaraq Rusiya və Omanda keçiriləcək.
Aynur TAC
tag: Rusiya, Oman, Komissiya, Əməkdaşlıq, Ticarət, todaypress.az,