Rusiya və KXDR təhlükəsizlik məsələlərini müzakirə etdi

Dünya

22.03.2025 12:20

2624

Şimali Koreya (KXDR) lideri Kim Çen In Pxenyanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edib.

TodayPress xəbər verir ki, bu bardə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, tərəflər müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlikdə hərtərəfli mübadilənin və yardımın genişləndirilməsi və gücləndirilməsi üzrə perspektivli işlərə dair mühüm mövzulardan danışıblar.

Kim Çen In Rusiyanın dəyişməz şəkildə dəstəkləməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, Şoyqu 21 martda Şimali Koreyaya rəsmi səfər edib.

Türkan İsgəndərli

tag: Kim Çen In,Sergey Şoyqu, Koreya,Rusiya,todaypress.az,