Rusiya və İraq liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani və Rusiya prezidenti Vladimir Putin beynəlxalq telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
TodayPress xəbər verir ki, İraqın Baş naziri bu barədə “Telegram” kanalında məlumat verib.
“Söhbət zamanı biz Yaxın Şərq regionundakı vəziyyəti müzakirə etdik və vurğuladıq ki, fövqəldövlətlər müharibəni dayandırmaq və onun daha da genişlənməsinin qarşısını almaq üçün daha çox səy göstərməlidirlər” deyə o, bildirib.
Tərəflər həmçinin neft və qaz qiymətlərinin ixracatçılar və istehlakçılar üçün ədalətli səviyyədə sabitləşdirilməsi üçün OPEC və OPEC+ qrupu çərçivəsində bütün maraqlı ölkələr arasında koordinasiyanı müzakirə ediblər.
Günəş Mərd
tag: İraq, Baş Nazir, OPEC,Qaz,