Rusiya və İrana qarşı növbəti sanksiyalar paketi qəbul edildi
Dünya
28.11.2024 14:50
Yeni Zelandiya Rusiyanı Kimyəvi Silahlar Konvensiyasını pozmaqda ittiham edərək ona qarşı yeni sanksiyalar tətbiq edib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Peters müvafiq bəyanatla çıxış edib.
“Yeni məhdudiyyətlər Rusiya hərbi qüvvələrinin Ukraynada qeyri-qanuni gözyaşardıcı qazdan istifadə etdiyinə dair son tapıntılarına cavabdır” deyə Peter qeyd edib.
Bundan əlavə, bəyanatda qeyd olunub ki, Yeni Zelandiya Rusiyaya ballistik raketlər və pilotsuz uçuş aparatlarının tədarükündə iştirak edən İran vətəndaşlarına da məhdudiyyətlər qoyub. Hökumət tərəfindən yayılan sənəddə də qeyd olunub ki, Vellinqton Rusiya Federasiyasının “kölgə donanmasına” qarşı sanksiyalar elan edən tərəfdaşlara qoşulacaq.
Günəş Mərd
tag: Rusiya, İran, Sanksiyalar,Zelandiya, todaypress.az,