Rusiya və İran yeni strateji saziş bağlayacaq

Dünya

26.12.2024 10:54

ABŞ-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən və hakimiyyət dəyişikliyindən əvvəl Rusiya və İran yeni strateji tərəfdaşlıq sazişi imzalaya bilər. 

TodayPress xəbər verir ki, bu barədə "Newsweek" yazıb.

Qeyd olunub ki, Tehran və Moskva arasında belə bir razılaşma iki dövlətin dünya səhnəsində təcrid olunduğu üçün qüvvələrini birləşdirmək cəhdinə bənzəyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, saziş yaxın gələcəkdə imzalanmağa hazır olacaq və tərəflərin müdafiə sahəsində sıx əməkdaşlığı, regional və qlobal sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı fəaliyyətə dair öhdəliklərini rəsmiləşdirəcək.

Yeni saziş 2001-ci ildə Moskva və Tehran arasında imzalanmış 20 illik müqaviləni əvəz edəcək. Sənəddə tərəflərin enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair vədləri açıqlanacaq.

İran Xarici İşlər Nazirliyi daha əvvəl 2025-ci ilin yanvar ayının ikinci yarısında Rusiya Federasiyası ilə strateji sazişin imzalanmasına icazə verib. 

Töhfə Səməd

tag: Rusiya, İran ,Strateji ,Saziş, todaypress.az,