Rusiya və Çinin birgə təlimləri ABŞ-ni narahat edir
Dünya
14.08.2024 13:15
Rusiya və Çin silahlı qüvvələrinin birgə təlimləri Amerika rəhbərliyinin narahatlığına səbəb olur.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) adı açıqlanmayan hərbi ekspertlərə istinadən məlumat yayıb.
Onların hesablamalarına görə, Rusiya və Çin silahlı qüvvələri hələ də NATO ölkələrinin ordusu ilə eyni səviyyəyə çatmasa da, Moskva ilə Pekin arasında müdafiə sahəsində artan əməkdaşlıq Vaşinqtonda narahatlığa səbəb olur.
Qeyd edilib ki, Çinin Rusiyaya ehtiyacı var, çünki Moskva ABŞ-ni balanslaşdırmağa qadir olan yeganə böyük tərəfdaşdır.
Töhfə Səməd
tag: Rusiya, Çin, Vaşinqton, Pekin, Moskva, ABŞ, todaypress.az,