Rusiya və Çin təyyarələri Cənubi Koreyanın hava məkanına daxil oldu
Dünya
29.11.2024 11:03
Rusiya və Çin hərbçilərinin Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına xəbərdarlıq etmədən daxil olduğu iddia edilir.
TodayPress xəbər verir ki, bu barədə “Korea Joong Ang Daily” yazıb.
"Beş Çin və altı Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub" nəşr bildirib.
Cənubi Koreya ordusunun məlumatına görə, taktiki tədbirlər görülüb. Seul vəziyyəti nəzarətdə saxlamaq üçün öz hava qüvvələrini istifadə edib.
Günəş Mərd
tag: Rusiya, Çin, Cənubi Koreya, Seul, todaypress.az,