Rusiya və Çin sahil mühafizə gəmilərinin ilk birgə patrulunu həyata keçirdi
Dünya
11.10.2024 11:55
Rusiya Federasiyası və Çin Sakit Okeanın şimalında sahil mühafizə gəmilərinin ilk birgə patrulunu həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 20-dən oktyabrın 10-dək Rusiya-Çin dəniz qrupu Yapon dənizini keçərək Şimali Sakit Okeanda Balıqçılıq Təsərrüfatının İdarə Edilməsi Konvensiyasının ərazisinə daxil olub. Daha sonra Berinq dənizinə doğru hərəkətini davam etdirərək Çukotka dənizinə daxil olub.
tag: Rusiya,Çin,Sakit Okean,FTX,Balıqçılıq,Konvensiyasının ,todaypress.az,