Rusiya və Çin gəmiləri Yapon dənizinə istiqamətləndilər

Dünya

21.09.2024 13:25

Rusiya və Çin “Beibu Interaction - 2024” birgə hərbi dəniz təlimlərinə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.  

Bildirilib ki, manevrləri yerinə yetirmək üçün Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri artıq Vladivostokdan dənizə çıxıb. 

Bir həftə ərzində gəmilər Yapon dənizində havadan, sudan və sualtı mühitdə şərti düşmənin hücumunu dəf edəcək, birgə manevrlər həyata keçirəcək. Həmçinin sualtı qayıq və zenit silahlarından istifadə etməklə artilleriya atəşi və döyüş təlimlərini yerinə yetiriləcək.

Qeyd edək ki, bundan öncə sentyabrın birinci yarısında Rusiya-Çin arasında altı gün davam edən “Okean-2024” təlimləri baş tutub. 

Günəş Mərd

tag: Rusiya, Çin, Təlim, Gəmi, todaypress.az,