Rusiya və Çin gəmiləri Yapon dənizində atəş açdı
Rusiya və Çin gəmiləri “Okean-2024” strateji komanda-qərargah təlimləri çərçivəsində Yapon dənizində artilleriya atəşi həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Okean-2024” strateji komanda-qərargah təlimi (SCSHU) zamanı Yaponiya dənizində Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri dəniz və hava hədəflərinə artilleriya atəşi həyata keçirib” deyə məlumatda qeyd olunub.
Bildirilib ki, birgə dəstənin tərkibində fəaliyyət göstərən Sakit Okean Donanmasının (PF) və Çin Xalq Azadlıq Ordusunun (AXO) Hərbi Dəniz Qüvvələrinin gəmiləri ərazinin dəyişdirilməsi zamanı bütün növ müdafiənin təşkilini işləyiblər.
Günəş Mərd
tag: Okean-2024, Rusiya, Çin, Sakit Okean, Yaponiya, todaypress.az,