Rusiya və Çin enerji əməkdaşlığını gücləndirəcək

Dünya

08.05.2025 17:41

14

Rusiya və Çin enerji sahəsində hərtərəfli tərəfdaşlığı möhkəmləndirmək və müxtəlif enerji layihələrinin həyata keçirilməsinə dəstək vermək barədə razılığa gəliblər. 

TodayPress xəbər verir ki, bu razılaşma Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair qəbul edilən sənəddə əks olunub.

Rusiya prezidenti Vladimir Putin Çin lideri ilə görüş zamanı bildirib ki, tərəflər neft, təbii qaz, mayeləşdirilmiş təbii qaz, dinc nüvə enerjisi, kömür, elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Sənəddə qeyd olunub ki, bu sahələr üzrə layihələrdə iştirak edən operatorlara dəstək veriləcək və transsərhəd enerji resurslarının sabit fəaliyyəti təmin ediləcək.

Türkan İsgəndərli

tag: Rusiya,Çin,Enerji,Əməkdaşlıq,todaypress.az,