Rusiya və Belarus birgə hərbi təlimlərə başlayır

Dünya

13.08.2024 11:35

Belarusun raket və artilleriya qoşunlarına aid hərbi texnika birgə təlimlərdə iştirak üçün Rusiyaya göndərilib.

TodayPress-in xəbərinə görə, bu barədə Belarus Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təlimlər zamanı döyüş şəraitində raket komplekslərindən, eləcə də reaktiv yaylım atəş sistemlərindən hədəfin vurulması kimi tapşırıqlar icra olunacaq.

tag: Belarus, Raket, Rusiya, Müdafiə Nazirliyi, Döyüş, todaypress.az,