Rusiya və ABŞ nümayəndə heyətləri danışıqlara başladı
Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ nümayəndələri ilə danışıqlarıa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Danışıqlar "Ritz-Carlton" otelində qapalı formatda keçirilir. Müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsidir.
Məlumata görə, görüşün başlanğıcında jurnalistlərə yalnız foto və videoçəkilişlər etməyə icazə verilib. Səudiyyə Ərəbistanının təhlükəsizlik rəsmiləri jurnalistlərdən oteli tərk etmələrini xahiş ediblər.
Türkan İsgəndərli
tag: Rusiya,ABŞ,Səudiyyə Ərəbistanı,todaypress.az,Ukrayna,