Rusiya üzərində daha 8 PUA məhv edildi

Dünya

21.07.2024 09:40

1349

Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Belqorod vilayəti və Qara dəniz üzərində səkkiz pilotsuz uçuş aparatını (PUA) məhv edib.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Sevastopol ərazisində də raket hücumu barədə xəbərdarlıq elan edilib. Daha sonra siqnal ləğv olunub.

Həmçinin, Sevastopolda Avtomobil Nəqliyyatı İnfrastrukturunun İnkişafı Müdirliyi dəniz və quruda ictimai nəqliyyatın hərəkətini dayandırdığını bildirib.

Töhfə Səməd

tag: Rusiya, Hücum,PUA, Belqorod, todaypress.az,