Rusiya üzərində daha 8 PUA məhv edildi
Dünya
20.07.2024 08:40
Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində
Belqorod vilayəti və Qara dəniz üzərində səkkiz pilotsuz uçuş aparatını (PUA) məhv
edib.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Sevastopol ərazisində də raket hücumu
barədə xəbərdarlıq elan edilib. Daha sonra siqnal ləğv olunub.
Həmçinin, Sevastopolda Avtomobil Nəqliyyatı
İnfrastrukturunun İnkişafı Müdirliyi dəniz və quruda ictimai nəqliyyatın hərəkətini
dayandırdığını bildirib.
Töhfə Səməd
tag: Rusiya, Hücum,PUA, Belqorod, Kursk,Sevastopol,todaypress.az,