Rusiya üzərində 85 Ukrayna PUA-sı vuruldu

Dünya

11.01.2025 14:00

Hava hücumundan müdafiə sistemləri ötən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 85 pilotsuz uçuş aparatı (PUA) məhv edib, onlardan 31-i Qara dəniz üzərində vurulub.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Dağıntı və təlafatlarla bağlı məlumat verilməyib. 

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, PUA ,Müdafiə, todaypress.az,