Rusiya üzərində 68 PUA məhv edildi
Dünya
31.12.2024 09:07
Dekabrın 31-də növbətçi hava hücumundan müdafiə sistemləri Rusiyanın 8 regionu üzərində Ukrayna Silahlı Qüvvələrinin 68 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
TodayPress xəbər verir ki, hücum cəhdlərinin təfərrüatlarını Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında açıqlayıb.
Qeyd olunur ki, Bryanskda 25, Krımda 17, Krasnodarda 11, Smolenskdə 10, Tverdə 2, Rostov, Kursk və Kaluqa ərazilərində isə 1 PUA vurulub.
Bundan əvvəl məlum olub ki, Ukrayna PUA-ları Smolensk vilayətində yanacaq-energetika kompleksinin obyektinə hücum edib. Hücum Bakı vaxtı ilə saat 04:40 radələrində baş verib, nəticədə yanğın çıxıb.
Töhfə Səməd
tag: Rusiya,Ukrayna,PUA,Bryansk,Smolensk ,Rostov,todaypress.az,