Rusiya üzərində 4 PUA vuruldu

Dünya

24.12.2024 10:29

Dekabrın 24-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri 4 pilotsuz uçuş aparatının (PUA) köməyi ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib. 

TodayPress xəbər verir ki, gecə hücum cəhdləri ilə bağlı təfərrüatları Müdafiə Nazirliyi “Telegram” kanalında təqdim edib.

Departamentin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Rostov vilayəti üzərində üç, Voronej vilayəti üzərində isə daha bir PUA-nı ələ keçirib. Oradakı vəziyyətlə bağlı başqa məlumat verilməyib.

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, PUA ,Qüvvə, todaypress.az,