Rusiya üzərində 4 PUA məhv edildi
Dünya
13.07.2024 12:30
Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Kursk və Rostov vilayətləri üzərində 4 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev tərəfinin hücum cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Rostov vilayətində 2, Belqorod və Kursk vilayətlərində isə 1 PUA-nı məhv ediblər” deyə məlumatda qeyd edilib.
Töhfə Səməd
tag: Rusiya, Hücum,PUA, Belqorod, Kursk, todaypress.az,