Rusiya üzərində 4 PUA məhv edildi

Dünya

18.12.2024 09:57

Dekabrın 17-dən 18-nə keçən gecə hava hücumundan müdafiə sistemi Rusiyanın üç rayonu üzərində Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını (PUA) məhv edib. 

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə sistemi Belqorod, Bryansk və Kursk vilayətlərində işə düşüb. Birinci bölgədə iki, ikinci və üçüncü bölgələrdə isə daha bir PUA vurulub.

Hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Töhfə Səməd

tag: Rusiya,Hücum, Belqorod ,Bölgə ,todaypress.az,