Rusiya üzərində 22 pilotsuz təyyarə vuruldu

Dünya

03.01.2025 10:06

Növbətçi hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 22 pilotsuz uçuş aparatını (PUA) vurub. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Qeyd olunub ki, ən çox pilotsuz təyyarə Bryansk vilayəti üzərində vurulub. Oryol və Rostov vilayətləri üzərində dörd, Belqorod vilayətində iki, Volqoqrad və Lipetsk vilayətlərində isə bir pilotsuz təyyarə vurulub.   

Günəş Mərd

tag: Rusiya ,Ukraniya, PUA, Bryansk ,todaypress.az,