"Rusiya ümid edir ki, Ermənistan Ukraynanın yolu ilə getməyəcək" - Kreml

Dünya

24.07.2024 21:30

“Rusiya Ermənistana qardaş xalq kimi baxır və ümid edir ki, o, Kiyev rejiminin vaxtilə seçdiyi yolu seçməyəcək.”

TodayPress xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yeni Media Festivalı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər” Peskov qeyd edib.

Mətbuat katibi bildirib ki, Rusiya Ermənistanla münasibətləri inkişaf etdirməkdə qərarlıdır.

“Bizim çoxlu planlarımız var” deyə o əlavə edib.

Nəzrin Cavadzadə

tag: Rusiya, Ermənistan, Ukrayna, Peskov, todaypress.az,