Rusiya Ukraynayda 17 hədəfə zərbə endirdi
Dünya
28.11.2024 15:13
Rusiya ötən gecə Ukraynaya 90 raket və 100 PUA ilə kompleks zərbə endirib.
TodayPress xəbər verir ki, bunu Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, nəticədə 17 hədəf vurulub.
Putin deyib ki, Rusiya Bryansk və Kursk vilayətlərinə uzaq mənzilli raket hücumlarına cavab olaraq “Oreşnik” raketlərini sınaqdan keçirməyə məcburdur.
Rusiya prezidenti qeyd edib ki, Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib.
Putin Ukrayna rəhbərliyini tamamilə qeyri-legitim, hakimiyyəti qəsb edən və hətta orduya əmr vermək hüququna malik olmayan adlandırıb.
tag: Ukrayna, Putin, Kursk, Oreşnik, Kiyev, todaypress.az,