Rusiya Ukraynaya yeni raketlərlə hücuma keçdi
Dünya
21.11.2024 17:20
Noyabrın 21-i səhər saatlarında Rusiya qoşunları Dnepr şəhərinə müxtəlif növ raketlər, “Kinjal” aeroballistik raketi, 7 “Kh-101” qanadlı raketi və qitələrarası ballistik raket (ICBM) atıblar.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri 6 ədəd “X-101” raketini məhv edib. Hücum nəticəsində əlillər üçün reabilitasiya mərkəzi zədələnib. Qazanxana qismən dağılıb. Yanğının baş verdiyi qaraj kooperativində də dağıntılar mövcuddur.
Ukraynanın “Telegram” kanalları Dneprə altı “ICBM” döyüş başlığının düşdüyü iddia edilən videonu dərc edib.
Ukraynanın monitorinq ictimaiyyətinin məlumatına görə, Dneprə zərbə endirmək üçün çoxlu döyüş başlığı olan 50 tonluq “RS-26 Rubej”dən istifadə edilib. 2000-ci illərin ortalarında sovet konstruksiyalarından hazırlanmış və ilk dəfə 2011-ci ildə uçuşu həyata keçirilmiş təyyarə 6000 kilometrə qədər məsafədən hədəfi vurmaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, “RS-26 Rubej”in 2017-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı, lakin daha sonra “İsgəndər” raketlərinin xeyrinə müdafiə planlarından çıxarıldı.
Xatırladaq ki, ötən gün Ukraynanın bir sıra “Telegram” kanallarında Rusiya qoşunlarının Kapustin Yar təlim poliqonundan RS-26 Rubej ballistik raketi ilə Ukraynanı vura biləcəyi barədə məlumat yayılıb.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, RS-26, Dnepr,todaypress.az,