Rusiya Ukraynaya silah daşıyan yük gəmisini vurdu
Rusiya qoşunları Qərb ölkələrinin Ukraynaya göndərdiyi raket və sursatları daşıyan yük gəmisini vurub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, zərbə əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket və artilleriya qüvvələri tərəfindən həyata keçirilib. Yük gəmisinin hansı silahla və istiqamətdən vurulması barədə məlumat verilmir.
Günəş Mərd
tag: Ukrayna ,Rusiya ,Qərb, Yük Gəmiləri,Müdafiə Nazirliyi , todaypress.az,