Rusiya Ukraynaya məxsus PUA-ları məhv etdi
Dünya
17.07.2024 09:15
Rusiyanın “Qərb” qrupunun hərbçiləri ötən 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 4 pilotsuz uçuş aparatını (PUA), həmçinin 16 idarəetmə məntəqəsini məhv ediblər.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində Ukraynanın 545 hərbçisi öldürülüb. Bundan başqa qarşı tərəfin 25 ədəd müxtəlif təyinatlı hərbi texnikası, o cümlədən 2 avtomobil, 4 sursat anbarı və 16 PUA-nın idarəetmə məntəqəsi sıradan çıxarılıb.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, PUA, Pilot, Məhv, todaypress.az,