Rusiya Ukraynaya məxsus 13 PUA-nı məhv etdi

Dünya

16.07.2024 09:19

2350


Dünən gecə ərzində hava hücumundan müdafiə sistemləri Rusiyanın fərqli vilayətləri üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını (PUA) məhv edib.

TodayPress, "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, 9-u Rostov vilayəti üzərində olmaqla 13 ədəd PUA sıradan çıxarılıb. Dağıntı və təlafatın olmadığı qeyd olunub.

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, PUA, Rostov, Müdafiə, todaypress.az,