Rusiya Ukraynaya irimiqyaslı raket zərbəsi endirdi: Enerji infrastrukturu hədəfə alındı
Dünya
15.01.2025 13:45
Rusiya Silahlı Qüvvələri Lvovun enerji infrastrukturuna hücum edib.
TodayPress xəbər verir ki, bu barədə şəhərin meri Andrey Sadovı "Telegram"da məlumat verib.
“Səhər hücumu zamanı bölgədə Rusiyanın qanadlı raketləri aşkar edilib. Rusiya Silahlı Qüvvələri regionumuzun və Ukraynanın enerji infrastrukturuna hücum edib” deyə o, yazıb.
Şəhərin meri əlavə edib ki, hücuma baxmayaraq, Lvovda elektrik enerjisi kəsilməyib.
Bu arada “Strana.ua” nəşrinin məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri tərəfindən kütləvi zərbə endirilib. Xmelnitski və İvano-Frankivsk vilayətlərində partlayış səsləri eşidilib.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna,Raket, Zərbə, todaypress.az,