Rusiya Ukraynaya 200 ədəd PUA ilə hücum etdi
Dünya
13.12.2024 14:39
Rusiya bu gün enerji infrastrukturumuzu 93 raket və 200 ədəd pilotsuz uçuş aparatı ilə hədəfə alıb.
TodayPress-in məlumatına görə, bunu “Telegram” kanalında Ukrayna prezidenti Vladimir Zelenski yazıb.
Ukrayna lideri qeyd edib ki, raketlərin 81-i vurulub. Onların zərərsizləşdirilməsində “F-16” qırıcılarından istifadə olunub.
O, bunu energetika sahəsinə ən genişmiqyaslı zərbələrdən biri adlandırıb.
tag: Rusiya, Ukrayna, PUA, Hücum, todaypress.az,