Rusiya Ukraynanın “Su-27” təyyarəsini vurdu

Dünya

02.01.2025 14:54

Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-27” təyyarəsini hərbi əməliyyat zonasında vurub. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Rusiya Amerika istehsalı olan 6 HIMARS reaktiv yaylım atəş sistemini, həmçinin 97 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Günəş Mərd

tag: Rusiya, Reaktiv, Atəş, Müdafiə, todaypress.az,