Rusiya Ukraynanın raket poliqonunu vurdu

Dünya

19.04.2025 16:26

18

Rusiya Silahlı Qüvvələri Ukraynanın “Sapsan” raket kompleksinin sınaqlarının keçirildiyi əraziyə hücum edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Hücum yerüstü və dəniz bazalı yüksək dəqiqlikli silahlar, eləcə də pilotsuz uçuş aparatları ilə həyata keçirilib. 

“Zərbələr Ukrayna istehsalı olan “Sapsan” operativ-taktiki raket kompleksinin sınaqlarının keçirildiyi ərazini və onu qoruyan Norveç istehsalı olan NASAMS zenit-raket sistemlərini hədəf alıb” deyə məlumatda qeyd olunub. 

Nazirliyin məlumatına görə, hücum nəticəsində bütün hədəflər məhv edilib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələri üçün strateji əhəmiyyət daşıyan daha bir bölgəni nəzarətə götürdüyü bildirilib.

tag: Rusiya,Ukrayna,Raket,Poliqon,Todaypress.az,