Rusiya Ukraynanın PUA aerodromunu məhv etdi

Dünya

16.12.2024 10:04

Rusiya dəniz piyadaları Xerson vilayətində ağır “Baba Yaga” tipli pilotsuz təyyarələrin səhra aerodromunu məhv ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, aerodrom Dnepr çayının sağ sahilində yerləşib.

“Kəşfiyyat başa çatandan sonra Ukrayna Silahlı Qüvvələrinin aşkar edilmiş PUA bazasının koordinatları dərhal komanda məntəqəsinə ötürülüb və orada onların artilleriya atəşi ilə məhv edilməsi qərara alınıb. “Zala” PUA-nın ekipajı atəş zərbəsini tənzimləyib və düşmənin pilotsuz uçuş aparatlarının dəqiq məğlubiyyətini qeydə alıb” deyə Müdafiə Nazirliyindən bildiriblər.

Töhfə Səməd

tag: PUA, Aerodrom, Ukrayna, Rusiya, todaypress.az,