Rusiya Ukraynanın itkilərini yenilədi

Dünya

14.11.2024 18:15

Rusiya müharibənin 995-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

Onun sözlərinə görə, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər qarşı tərəfin 648 təyyarəsi, 283 helikopteri, 35 min 785 PUA-sı, 585 zenit-raket kompleksi, 19 min 208 tank və digər zirehli texnikası sıradan çıxarılıb. Bundan başqa 1488 reaktiv yaylım atəş sistemi, 17 min 845 artilleriya və minaatanı, 28 min 261 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

tag: Rusiya, Ukrayna, İtkilər,İqor Konaşenkov ,Rusiya Müdafiə Nazirliyi, todaypress.az,