Rusiya Ukraynanın daha bir ərazisini nəzarətə götürdü
Dünya
19.01.2025 14:25
Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında Donetsk istiqamətində Vozdvijenka kəndini nəzarətə götürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində regionun 10 yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısı alınıb.
Nicat Osman
tag: Müdafiə Nazirliyi,Ukrayna,Rusiya,Ərazi,Todaypress.az,