Rusiya Ukraynanın 7 vilayətini bombaladı
Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava zərbələr endirib.
TodayPress xəbər verir ki, Kiyev, Vinnitsa, Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 “Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 "Şahed" tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı rəsmi məlumat yoxdur.
tag: Rusiya, Ukrayna, Kiyev, Sumı, Poltava, todaypress.az,