Rusiya Ukraynanın 4 vilayətinə zərbələr endirdi
İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib. Hücumlarda istifadə edilən PUA-lar bu ölkənin dörd regionunda energetika avadanlığına zərər vurub.
TodayPress-in verdiyi xəbərə görə, PUA hücumları nəticəsində Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərində obyektlərə ciddi ziyan dəyib. Üç nəfər yaralanıb.
Qeyd edək ki, bu, artıq Ukraynanın enerji obyektlərinə yeddinci kütləvi hücumdur.
tag: Rusiya, Ukrayna, Ordu, Zərbələr, PUA, todaypress.az,