Rusiya Ukraynanı yeni regionların bərpası üçün pul ödəməyə çağırdı

Dünya

30.12.2024 09:42

“Kiyev və Qərb İstanbul razılaşmalarından imtina etdikdən sonra Rusiyanın yeni regionlarının bərpasını maliyyələşdirməyi öz öhdəliklərinə götürməlidirlər”. 

TodayPress xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun baş direktorunun müavini, fövqəladə və səlahiyyətli səfir Aleksandr Yakovenko bildirib. 

Ekspert belə qənaətə gəlib ki, Ukrayna Moskvanın konstitusiya ilə qorunan əraziləri geri almasına və yenidən bərpa etməsinə görə məsuliyyət daşıyır. Üstəlik, bu cür ödənişləri Fransanın Prussiya müharibəsində məğlubiyyətindən sonra olduğu kimi “təzminat” adlandırmaq olmaz. 

O xüsusi olaraq vurğulayıb ki, Kiyev Qərbin tələbi ilə İstanbul razılaşmalarını rədd edib. Buna görə Qərb də məsuliyyət daşıyır. 

Töhfə Səməd

tag: Kiyev ,Qərb,İstanbul razılaşmaları,Rusiya,Aleksandr Yakovenko,Ukrayna ,todaypress.az,