Rusiya Ukraynadan təzminat tələb edəcək

Dünya

09.10.2024 11:20

Rusiya müharibə başlayandan bəri Ukrayna tərəfinin vurduğu zərərin qiymətləndirilməsi üzərində daim çalışır və bunun üçün kompensasiya tələb edəcək. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyevin cinayətləri üzrə səfiri Rodion Miroşnik “İzvestiya”ya bildirib. 

Diplomat əlavə edib ki, Rusiya dəymiş zərərin ödənilməsinə imkan verəcək mexanizmlər axtaracaq. Lakin davam edən hərbi əməliyyatlar səbəbindən ümumi məbləğin dəqiq miqdarını demək çətindir.

Töhfə Səməd

tag: Rusiya, Müharibə , Rodion Miroşnik ,Rusiya Xarici İşlər Nazirliyi ,Əməliyyatlar, todaypress.az,