Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
Dünya
20.11.2024 15:00
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində İlyinka yaşayış məntəqəsini nəzarətə götürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin bölmələri "Donetsk Xalq Respublikası" Kuraxovsk rayonu istiqamətində İlyinka yaşayış məntəqəsini azad edib" deyə məlumatda bildirilib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına və pilotsuz uçuş aparatlarının anbarlarına zərbələr endirdiyi qeyd olunub.
tag: Rusiya,Kreml,Ukrayna,Donetsk,Kuraxovsk,todaypress.az,