Rusiya Ukrayna üzrə danışıqların başlanması üçün şərtləri açıqladı

Dünya

28.11.2024 09:04

ABŞ və digər Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin iyunun 14-də Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə səsləndirdiyi təklifin alternativsiz olduğunu anlayacaqları təqdirdə, rəsmi Moskva Ukrayna üzrə danışıqlara başlaya bilər.

TodayPress xəbər verir ki, bu şərti “RİA”ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Ukrayna böhranının danışıqlar yolu ilə həlli yalnız bu halda mümkündür. Əgər Qərb “öz aldatmalarında israr etməkdə” davam edərsə, o zaman danışıqlar prosesi üçün heç bir əsas olmayacaq.

"Seçim onlarındır, olduqca sadədir - ya Putinin təklifini qəbul edin, ya da vəziyyətin daha da pisləşməsi perspektivi ilə barışın" deyə diplomat yekunlaşdırıb.

Qeyd edək ki, həmin şərt belədir ki, Ukrayna qoşunlarını Rusiyanın yeni bölgələrindən çıxarmalı və Kiyev NATO-ya üzv olmaqdan imtina etməlidir. 

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, Qərb, Putin, NATO, todaypress.az,