Rusiya Ukrayna PUA-sını vurdu
Dünya
14.01.2025 10:27
Ukraynanın daha bir pilotsuz uçuş aparatı (PUA) Tula vilayətində vurulub.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Daha bir Ukrayna PUA-sı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Suvorovski rayonu səmasında məhv edilib” deyə bildirilib.
İlkin məlumatlara görə, itki yoxdur, dəymiş ziyan dəqiqləşdirilir.
Yanvarın 14-nə keçən gecə Tula vilayəti Ukraynaya məxsus PUA-ların kütləvi hücumuna məruz qalıb.
Töhfə Səməd
tag: Ukrayna, Rusiya, PUA ,Tula ,todaypress.az,