Rusiya Ukrayna ilə sülh danışıqları üçün yeni vasitəçi təklif etdi
Dünya
11.07.2024 00:10
Rusiya Ukrayna ilə sülh
danışıqları üçün yeni vasitəçi təklif edib.
TodayPress Rusiya mətbuatına
istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey
Rudenko deyib.
Diplomat bildirib ki, İran bu
məsələdə yeni vasitəçi ola bilər:
“Hələlik biz iranlı
dostlarımızdan bu mövzuda konkret siqnallar almamışıq, lakin əgər İran hazırda
bir neçə onlarla ölkənin həyata keçirdiyi vasitəçilik səylərinə qoşulmaqda
maraqlı olarsa, o zaman biz bunu nəzərdən keçirməyə hazırıq”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasındakı münaqişənin həllində vasitəçi qismində yalnız ABŞ, Avropa İttifaqı və Çinin çıxış edə biləcəyini deyib.
tag: Rusiya, Ukrayna, Kreml, Andrey Rudenko, todaypress.az,