Rusiya Ukrayna ilə danışıqların bərpası üçün əsas şərtini açıqladı

Dünya

06.10.2024 15:50

"Kiyev sövdələşməyə getməməli, mövcud reallıqları nəzərə alaraq danışıqlar masası arxasına əyləşməlidir".

TodayPress xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Bu o demək deyil ki, Kiyev bizə danışıqları təklif edən kimi biz xüsusi hərbi əməliyyatı dayandıracağıq. Proses belə olmayacaq. Biz daha bu yalanlara aldanmayacıq. Ona görə də hesab edirəm ki, heç bir ilkin şərt olmadan Ukrayna hazır olduğunu bəyan etməli və danışıqlara başlamalıdır” deyə Cabarov bildirib.

Töhfə Səməd

tag: Kiyev,Vladimir Cabarov,Ukrayna,Rusiya,Danışıqlar,todaypress.az,